İtaliyanın “Yuventus” klubunun futbolçusu Corco Kyellini gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi Turin təmsilçisi ilə müqaviləsini uzadıb.
O, daha bir il “ağ-qaralar”ın formasını geyinəcək. 2021-ci ilin yayında müqaviləsi başa çatacaq Kyellini futbolçu karyerasını başa vuracaq.
Həmin vaxt futbolçuya “Yuventus”da vəzifə veriləcək. O, turinliləri meneceri kimi çalışacaq. Kyellini 2017-ci ildə biznesin idarəetməsi üzrə magistr diplomu alıb.
Qeyd edək ki, 2005-ci ildən “Yuventus”da oynayan müdafiəçi cari mövsümün böyük hissəsini zədələr üzündən buraxıb.