Azərbaycanın vergilər nazirinin müavini Tbilisidə regional forumda iştirak edir

Azərbaycanın vergilər nazirinin müavini Tbilisidə regional forumda iştirak edir
# 17 iyul 2018 08:52 (UTC +04:00)

Tbilisidə vergilər sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş regional forum keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə çıxış edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani iki günlük forumun regionda vergilər sahəsində ümumi yanaşmaların inkişafına dəstək verəcəyini bildirib.

O qeyd edib ki, görüşdə həm qlobal, həm də regional səviyyədə vergilər sahəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Tədbirdə müxtəlif ölkələrin maliyyə nazirlikləri, gömrük idarələri, milli bankların nümayəndələri iştirak edir. Azərbaycanı tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edir. Forum çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR