Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb

Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb
# 14 fevral 2020 23:26 (UTC +04:00)

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Məmmədov Rövşən Ramiz oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR