Brazilyada son sutkada 19969 nəfər koronavirusa yoluxub, 1001 nəfər ölüb

Brazilyada son sutkada 19969 nəfər koronavirusa yoluxub, 1001 nəfər ölüb
# 23 may 2020 12:14 (UTC +04:00)

Brazilya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Brazilyada indiyədək 330 890 nəfər bu infeksiyaya yoluxub, 21 048 nəfər vəfat edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son sutkada 1 001 ölüm faktı, 19 969 yoluxma faktı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşklatı (ÜST) Cənubi Amerikanı pandemiyanın episentri elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR