“Gələrsən-görərsən” filminin qala gecəsi baş tutub

“Gələrsən-görərsən” filminin qala gecəsi baş tutub
# 31 yanvar 2020 16:05 (UTC +04:00)

“CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Gələrsən-görərsən” filminin qala gecəsi keçirilib.

APA-nın məlumatına görə, filmin baş prodüseri və rejissoru Vüsalə Cəfərova, ssenari müəllifləri Fariz Əliyev və İlkin İmanovdur.

Filmdə Xalq artisti Nürəddin Mehdixanlı, Növrəstə Həşimova, Vüsalə Cəfərova, Müşviq Şahverdiyev, Elşən Hacıbabayev, Hüseyn Əzizoğlu, Vahid Orucoğlu və Səadət Abbasova çəkiliblər.

Film "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə Cinema Distribution, “Light in Black” kreativ şirkəti, “Salam Aleykum” restoranı, “Absheron Sharab”, “Şeh Su” və “Red Bull” dəstək olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR