Vergilər Nazirliyi informasiya sistemlərin dəstəklənməsinə 649 min manat xərcləyəcək

Vergilər Nazirliyi informasiya sistemlərin dəstəklənməsinə 649 min manat xərcləyəcək
# 25 fevral 2020 14:26 (UTC +04:00)

Azərbaycan Vergilər Nazirliyi informasiya texnologiya xidmətlərinin cəlb edilməsi üzrə tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi iki tenderin qalibi Azərbaycanın "Caspel" şirkəti seçilib.

Şirkətlə dəyəri 648,6 min. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən, "Caspel" şirkəti Nazirliyin "195" Çağrı Mərkəzi sisteminin avadanlıqlarına, səsli mesaj xidmətinin proqram təminatına və "Oracle" proqram təminatına texniki dəstək göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR