Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib
# 31 iyul 2019 09:01 (UTC +04:00)

İyulun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,09% – 27 198,02 bəndədək, S&P 500 0,26% – 3 013,18 bəndədək, Nasdaq isə 0,24% – 8 273,61 bəndədək enib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyulun 30-da FTSE 100 indeksi 0,52% – 7 646,77 bəndədək, Almaniya DAX-ı isə 2,18% – 12 147,24 bəndədək, Fransa CAC-40 isə 1,61% – 5 511,07 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,55% artaraq 1 434,3 dollara bərabər olub.

İyulun 30-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,08% artaraq 1,115 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR