Hikmət Hacıyev iranlı həmkarı ilə telefonla danışıb

Hikmət Hacıyev iranlı həmkarı ilə telefonla danışıb
# 07 may 2020 06:11 (UTC +04:00)

Tehran və Bakı arasında iqtisadi sahədə əməkdaşlıq artırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən günün ikinci yarısında İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Haciyevlə telefonla danışıb.

Məlumata görə, telefon danışığında hər iki tərəf Tehran və Bakı arasında, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və əlaqələrin daha da artırılması üçün yollar haqqında müzakirə aparıblar.

Qeyd olunub ki, iki ölkənin iqtisadi əlaqələri səhiyyə protokollarına əməl olunaraq davam etdirilir və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur.

H.Hacıyev Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının videokonfransına qatılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünü çatdırıb və qeyd edib ki, Prezident Həsən Ruhaninin videokonfransdakı çıxışı hərəkatın güclənməsinə zəmin yaradacaq.

H.Hacıyev Azərbaycanın İranla hərtərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib və qeyd edib ki, dövlət başçısı koronavirusun iki ölkənin əlaqələrinin inkişaf etdirilməsinə mane olmaması üçün bütün məsul şəxslərə göstəriş verib.

O, səhiyyə protokollarına əməl etmək və koronavirus xəstəliyinin qaşısını almaq üçün təcrübə mübadiləsi ilə iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıqların güclənəcyinə ümidvar olduğunu bildirib.

Telefon danışığında M.Vaezi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfransının keçirilməsinə görə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan hərəkatın sədri olaraq koronavirusun iclasın keçirilməsinə mane olmasına icazə verməyib.

M.Vaezi Azərbaycan və İran arasında koronavirus xəstəliyindən təsirlənməyərək əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib və bu prosesin daha da sürətlənərək əlaqələrin güclənəcəyinə şərait yaradacağına ümid etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR