Samuxda körpə uşaq quyuya düşərək ölüb

Samuxda körpə uşaq quyuya düşərək ölüb
# 06 may 2019 22:51 (UTC +04:00)

Samuxda azyaşlı bədbəxt hadisə nəticəində ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlibayramlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Süleymanov Rəsul Fərhad oğlu ehtiyatsızlıqdan həyətdə olan kanalizasiya quyusuna düşüb. Azyaşlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR