Pompeo Lavrovla görüşü müsbət qiymətləndirib

Pompeo Lavrovla görüşü müsbət qiymətləndirib
# 07 may 2019 00:03 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo Finlandiyada Arktik Şurasının Nazirlər iclası çərçivəsində Rusiya XİN-in rəhbəri Sergey Lavrovla keçirilmiş görüşü yüksək qiymətləndirib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pompeo görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

“Görüş yaxşı keçdi. Biz geniş mövzularda məsələlərə toxunduq”, - deyə Pompeo bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, o, Sergey Lavrovla ABŞ və Rusiyanın birgə addım ata biləcəyi sahələri müəyyən etməyə çalışıb:

“Bizim maraqlarımız tamamilə fərqlidir. Ancaq maraqların kəsişdiyi sahələrdə inkişaf əldə edə bilməyimiz üçün istək mövcuddur. Ümid edirəm ki, buna nail olacağıq”, - deyə amerikalı diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR