Nazirlik: Qarayara xəstəliyi peyvənddən kənarda qalmış heyvanlarda qeydə alınır

Nazirlik: Qarayara xəstəliyi peyvənddən kənarda qalmış heyvanlarda qeydə alınır
# 02 avqust 2019 11:56 (UTC +04:00)

”Bu il ərzində Azərbaycanda qarayara xəstəliyi və digər xüsusi təhlükəli xəstəliklər qeydə alınmayıb. Biz də qarayara xəstəliyi ilə bağlı insan ölümündən təəssüfləndik".

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov deyib.

O bildirib ki, qarayara xəstəliyi heyvanlardan yoluxur: "Profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. Qaraya xəstəliyi 80-100 il ərzində torpaqda qala bilir. İnsanlar qarayara xəstəliyi ilə həm heyvanlardan, həm də torpaqdan yoluxur. Heyvanların da qarayaraya yoluxması əsasən yaz və payız aylarında baş verir. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az olur, heyvan otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez yaranır. Ancaq heyvan peyvənd edilibsə, heyvana qarayara törədicisini iynə ilə vursan da, heyvan qarayaraya yoluxmur".

Şöbə müdiri qeyd edib ki, qarayara xəstəliyi, əsasən, peyvənddən kənarda qalmış heyvanlarda qeydə alınır: "Heyvan kəsilən zaman qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR