Struktur islahatları çərçivəsində yaradılan Milli Məclisin Aparat rəhbərinin xidmətinin təşkili prosesi başa çatıb.
APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, Milli Məclis Aparatının Katibliyində işindən azad edilən Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov Aparat rəhbərinin xidmətinə təyinat alıb.
Elxan Əhmədov Aparat rəhbərinin xidmətində də Aparat rəhbərinin köməkçisi olacaq. Aparat rəhbərinin xidmətində Məxfi sənədlərlə iş sektorunun müdiri İlqar Cəfərov, İnformasiya məsələləri və elektron sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Elçin Quliyev, Kodifikasiya sektorunun müdiri Lalə Ramazanzadə də yer alıb.