Lənkəran sakinindən odlu silah götürülüb

Lənkəran sakinindən odlu silah götürülüb
# 03 iyun 2019 11:00 (UTC +04:00)

Lənkəran rayon sakinində sənədsiz ov tüfəngi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Nüvədi kənd sakini Ə.Cavadovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR