Xudatda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexinin fəaliyyəti məhdudlaşdırılıb

Xudatda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexinin fəaliyyəti məhdudlaşdırılıb
# 25 iyul 2019 15:09 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.

Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR