TAP konsorsiumu: Kəmərin tikintisi çərçivəsində qaynaq işləri bitmək üzrədir

TAP konsorsiumu: Kəmərin tikintisi çərçivəsində qaynaq işləri bitmək üzrədir
# 01 avqust 2019 12:06 (UTC +04:00)

Trans-Adriatik Boru Kəməri (TAP) tikintisi çərçivəsində qaynaq işlərinin 99%-i yekunlaşıb.

APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, qaynaq tikişləri milli və beynəlxalq standartlara cavab verməsi üçün avtomatik sınaqdan keçirilir.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəmərinin inşasına başlanılandan indiyədək işlərin 88,5%-i yekunlaşıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR