Bakı-2019: Azərbaycan gimnastı 19-cu olub

Bakı-2019: Azərbaycan gimnastı 19-cu olub
# 25 iyul 2019 16:13 (UTC +04:00)

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası üzrə oğlanların fərdi çoxnövçülük yarışlarının final mərhələsi keçirilib.

APA-nın məlumatına görə, həlledici mərhələdə Azərbaycanı Səməd Məmmədli təmsil edib.

Altı hərəkətinin yekununa əsasən hakimlərdən 75,500 xal alan gimnastımız 19-cu yeri tutub. Yarışın qalibi adını isə ukraynalı İlya Kovtun qazanıb. Onun çıxışı 82,000 xalla qiymətləndirilib.

Qeyd edək ki, S. Məmmədli komanda yarışlarının nəticəsinə əsasən at və sərbəst hərəkətdə də final mərhələsinə qatılacaq. Ayrı-ayrı hərəkətlərdə mübarizə isə iyulun 26-da və 27-də olacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR