Tovuz sakinini ilan sancıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Humanlı kənd sakini, 2008-ci il təvəllüdlü Musayev Teymur Füzuli oğlunu əkin sahəsində ilan sancıb.
10 yaşlı oğlan Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.