Mingəçevirdə evdən 7 min manatlıq qızıl oğurlanıb

Mingəçevirdə evdən 7 min manatlıq qızıl oğurlanıb
# 05 iyul 2019 15:50 (UTC +04:00)

Mingəçevirdə mənzildən oğurluq olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Naxçıvan küçəsi 40 ünvanında baş verib. Həmin ünvanında Kamil İsmayılova məxsus 71 saylı mənzilə daxil olan naməlum şəxs və ya şəxslər evdən 7 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR