Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “QAZel” markalı yük maşını “NİVA” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “NİVA” aşıb.
Qəza zamanı “NİVA”nın sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Mövlayev Ramazan və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.
İlkin məlumata görə, yük maşınının sürücüsünün spirtli içki qəbul etdiyi bildirilib.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilib.
Faktla bağlı araşdırma aparılır.