Abşeron rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir - FOTO

Abşeron rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir - FOTO
# 31 may 2019 17:53 (UTC +04:00)

Xırdalanda Abşeron rayon Mərkəzi xəstəxanası üçün yeni bina inşa olunur.

ONA-nın yerli bürosunun məlumatına görə, mərkəzi xəstəxananın əvvəlki binasının yararsız vəziyyətdə olması və əhalinin sayının artması yeni binanın inşasına zərurət yaradıb. Bu məqsədlə tikinti işlərinə başlanılıb. 145 çarpayılıq, 8 korpuslu, 3 mərtəbəli və 4 hektar ərazidə inşa edilən səhiyyə ocağının tikinti sahəsi 6300 kvadratmetrdir. Tibb ocağı təhvil verildikdən sonra rayonun bütün kənd və qəsəbə sakinləri buradan yararlana biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR