DGK xətti ilə büdcə daxilolmaları 2,2% azalıb

DGK xətti ilə büdcə daxilolmaları 2,2% azalıb
# 08 iyun 2020 11:06 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 696 108 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azdır.

"APA-Economics"in DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% azalaraq 398 523,4 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 1,6% artaraq 1 227 376,2 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk beş ayı ərzində daxilolmalar 53,1% azalaraq 54 498,2 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 15 710,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 6,7% azdır.

Bu ilin may ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 348222,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 2% çox, bu ilin aprel ayı ilə müqayisədə isə 2,4% azdır.

Bu ilin may ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,3% azalaraq 71 040,8 min manat olub. Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 2% artıb.

Həmçinin, cari ilin may ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 15,2% artaraq 263451,6 min manat (bu ilin aprel ayı ilə müqayisədə 3,4% az), aksizlər üzrə 47,1% azalaraq 10656,9 min manat (aprel ilə müqayisədə 14,9% az), yol vergisi üzrə daxilolmalar isə 15,2% azalaraq 3073,1 min manat (aprel ilə müqayisədə 53% çox) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR