Bakıda avtoxuliqan saxlanılıb.
APA-nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Qafarov sənədsiz idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətləri edən zaman saxlanılıb.
Saxlanılan şəxs Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gətirilib. Avtomobilə baxış keçirilərkən oradan 0,160 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.