ABŞ-da atışmada 5 nəfər ölüb

ABŞ-da atışmada 5 nəfər ölüb
# 16 mart 2020 18:01 (UTC +04:00)

Bu gün ABŞ-ın Missuri ştatının Sprinqfild şəhərində naməlum şəxs mağazaya daxil olaraq odlu silahdan işçilərə və alıcılara atəş açıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən və yaralananlar arasında polis əməkdaşları da var.

Hadisəni törədən şəxs zərərsizləşdirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR