“Beşiktaş” Abdulla Avçı ilə müqaviləni rəsmiləşdirib

“Beşiktaş” Abdulla Avçı ilə müqaviləni rəsmiləşdirib
# 01 iyun 2019 19:43 (UTC +04:00)

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, Türkiyə milli komandasının baş məşqçisi təyin olunduğu üçün İstanbul təmsilçisindən ayrılan Şenol Günəşi Abdullah Avçı əvəz edəcək.

“Ağ-qaralar” 56 yaşlı mütəxəssisin təyinatının rəsmiləşdirdiyini açıqlayıb. A.Avçı ilə üç illik müqavilə imzalanıb. O, 2022-ci ilin yayına qədər “Beşiktaş”a rəhbərlik edəcək.

A.Avçının son 5 ildə çalışdırdığı “Başakşəhər” klubunun rəhbərliyi mütəxəssisin postundan ayrılaraq digər İstanbul təmsilçisinə keçməyə əngəl olmayıb. Bu üzdən “Beşiktaş” rəhbərliyi həmşəhərlilərinə təşəkkür məktubu da ünvanlamağı zəruri hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR