Bakıda poçt şöbələrinin birində özünəxidmət prinsipi tətbiq olunacaq

Bakıda poçt şöbələrinin birində özünəxidmət prinsipi tətbiq olunacaq
# 29 may 2019 16:48 (UTC +04:00)

Azərbaycan poçt operatoru "Azərpoçt" MMC-nin paytaxtda yerləşən mərkəzi şöbələrindən birində özünə xidmət prinsipini tətbiq edəcək. Bu barədə ONA-ya "Azərpoçt"dan deyiblər.

MMC-dən bildirilib ki, poçt operatoru tərəfindən icra olunacaq bu layihə çərçivəsində poçt şöbəsində poçtomat və valyuta mübadiləsi terminalı quraşdırılacaq.

"Pilot layihəyə start vermək üçün zəruri olan texniki avadanlıq artıq alınıb. İstifadəyə veriləcək yeni xidmətin MMC-nin korporativ informasiya sisteminə inteqrasiyası gərəkdir ki, bu proses sistemin təzə yeniləndiyi üçün bir qədər vaxt tələb edə bilər", - deyə "Azərpoçt"dan qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR