Rusiyanın avtomobil sənayesi fəaliyyətini bərpa edir

Rusiyanın avtomobil sənayesi fəaliyyətini bərpa edir
# 06 aprel 2020 09:45 (UTC +04:00)

Rusiyanın avtomobil istehsalçıları fəaliyyətlərini bərpa edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq bu gün "Sollers" şirkətinin Vladivostokdakı zavodu yenidən işə salınır. Eyni zamanda, şirkətin Ulyanovsk və Tatarıstandakı istehsal müəssisələri də yaxın günlərdə fəaliyyətə başlaya bilər.

Bundan başqa, bu gündən etibarən "AvtoVAZ"ın da müxtəlif bölmələri fəaliyyətini bərpa edəcək. İlk növbədə, avtomobil istehsalçısının mütəxəssisləri koronavirusun yayılmasına qarşı yeni şəraitdə əmək prosesinin təşkili imkanlarını öyrənəcəklər. Sexlərin sosial məsafənin saxlanılması üzrə hazırlığı müvəffəqiyyətlə keçirilsə, həftənin sonunadək avtomobil istehsalına başlanıla bilər.

Bununla yanaşı, aprelin 6-da "KamAZ" da konveyeri yenidən işə salmağı planlaşdırır. Yük maşınlarından başqa, şirkət artıq qoruyucu kostyumlar və maskalar istehsalına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR