ÇL: “Qarabağ” II təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq

ÇL: “Qarabağ” II təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq
# 13 may 2019 15:09 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq.

ONA-nın məlumatına görə, UEFA əmsalı 22,000-a bərabər olan Azərbaycan çempionu iyunun 18-19-da keçiriləcək ilk püşkatmanın reytinqli komandaları sırasında yer alıb.

“Qarabağ” püşk zamanı öncə I təsnifat mərhələsindəki rəqibini tanıyacaq. Ardınca isə II raundun püşkü atılacaq. Bu zaman I təsnifat mərhələsinin çempionumuzun yer aldığı cüt səpələnəcək.

II təsnifat mərhələsinin püşkündə 16 cüt və 4 klub iştirak edəcək. Mübarizəyə bu raunddan başlayan “Kopenhagen” (Danimarka), “Dinamo” (Xorvatiya) və APOEL (Kipr), həmçinin “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan) və “Qarabağ”ın yer aldığı cütlər daha reytinqlilər sırasında olacaq.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 6-cı dəfə Çempionlar Liqasında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR