Tramp: "Pxenyanın yaxınmənzilli raket sınağı münasibətlərimizi korlamayacaq"

Tramp: "Pxenyanın yaxınmənzilli raket sınağı münasibətlərimizi korlamayacaq"
# 11 may 2019 07:26 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp mayın 9-da Şimali Koreyanın həyata keçirdiyi yaxınmənzilli ballistik raket sınağının iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcəyini düşünür.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Tramp belə bir fikri “Politico” qəzetinə müsahibəsində deyib.

“Raketlər qısaməsafəli idi, buna görə də mən bunun münasibətləri korlayacağını düşünmürəm”, - ABŞ lideri belə deyib.

Tramp bildirib ki, hansısa məqamda o, KXDR lideri Kim Çen Inın dostluq münasibətinə etibarını itirə bilər: “Ola bilsin ki, hansısa məqamda bu, baş versin, ancaq indi deyil”.

ABŞ prezidenti, həmçinin bildirib ki, rəsmi Pxenyan amerikalılarla danışıqlarla danışıqları davam etdirmək istəyirlər, ancaq hələlik buna hazır deyillər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR