Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb
# 05 avqust 2019 15:28 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb.

APA-nın məlumatına görə, sayca 28-ci ölkə çempionatında mübarizə aparacaq 8 klubun iştirak etdiyi tədbir AFFA-nın inzibati binasında baş tutub.

Püşk atıldıqdan sonra çempionatın ilk turunun cütləri dəqiqləşib. Avqustun 16-18-də start götürəcək mövsümün ilk turunda aşağıdakı oyunlar keçiriləcək:

I tur
16-18 avqust

“Neftçi” - “Sabah”
“Qəbələ” - “Sumqayıt”
“Səbail” - “Zirə”
“Keşlə” - “Qarabağ”

Qeyd edək ki, son illərdə olduğu kimi yeni mövsümdə də 8 komanda dairəvi sistemlə dörd dövrədə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR