Bakıda 48 yaşlı kişiyə ülgüclə xəsarət yetirilib

Bakıda 48 yaşlı kişiyə ülgüclə xəsarət yetirilib
# 06 iyul 2019 00:35 (UTC +04:00)

Bakının Nizami rayonunda 48 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib.

APA-nın məlumatına görə, Həsənov Şahin Vilayət oğlu qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib.

Dava zamanı qonşu Ş.Həsənova ülgüclə xəsarət yetirib. Boyun nahiyəsindən bir neçə dəfə ağır xəsarət alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona üzünün və boynunun sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR