İspaniyada keçirilmiş parlament seçkilərində sosialistlər liderdir

İspaniyada keçirilmiş parlament seçkilərində sosialistlər liderdir
# 29 aprel 2019 04:21 (UTC +04:00)

İspan Sosialist Fəhlə Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində üstünlük qazanıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə bir nəticə bülletenlərin 60 faizinin sayılmasından sonra əldə olunub.

Sosialistlərin xeyirinə təxminən 30% seçici səs verib ki, bu da onların 350 yerlik parlamentdə azı 124 yer tutmasına şərait yaradır.

Bildirilir ki, solçu partiyalar hələlik kifayət qədər səs toplaya bilməyib. Baş naziri müəyyən etmək üçün onlar xırda milliyyətçi partiyalarla razılığa gəlməli olacaq.

Hakim Xalq Partiyası seçkilərdə 17% (65 yer), mərkəzçi Vətəndaşlar Partiyası isə 15% (57 yer) seçicinin dəstəyini qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR