Səbail RİH-də videokonfrans müşavirə keçirilib - FOTO

Səbail RİH-də videokonfrans müşavirə keçirilib - FOTO
# 02 may 2020 19:26 (UTC +04:00)

Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı ölkəmizdə mövcud sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci ilədək uzadılıb. Bununla yanaşı əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Səbail Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarının icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHB-nın qəsəbə və SİƏD nümayəndələri, eyni zamanda bələdiyyə sədrləri ilə operativ qaydada onlayn müşavirə keçirib.

Müşavirədə RİH başçısı xüsusi karantin rejimi dövründə rayon ərazisində aparılan dezinfeksiya işləri, sakinlərə göstərilən ərzaq yardımları və əhalini narahat edən digər məqamlar barədə məlumat verib. RİH başçısı özünütəcrid şəraitində qalan vətəndaşlara çatdırılan ərzaq sovqatlarının paylanılması zamanı tam şəffaflığın və çevikliyin təmin edilməsinin zəruri olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirənin yekununda Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarından irəli gələn məsələlərin həlli istimaqətində RİH Başçısı tərəfindən müşavirə iştirakçılarına müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR