Yevlaxda minik avtomobili yük avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Yevlaxda minik avtomobili yük avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
# 14 iyul 2019 19:19 (UTC +04:00)

Yevlaxda baş verən yol qəzasında yaralananların kimliyi məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax rayonu ərazisində “VAZ 2115” markalı minik avtomobilinin “Şaqman” markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb:

- 1982-ci il təvəllüdlü Gədəbəy rayon sakini Cəfərov Azər Hüseyin oğlu

- Şəmkir rayon sakini Musayev Elcan Azər oğlu

- 1999-cu il təvəllüdlü Şəmkir rayon sakini Əmrahov Səməndər Niyaməddin oğlu

- 1979-cu il təvəllüdlü Şəmkir rayon sakini Hüseynova Arzu Nəsrəddin qızı

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan Arzu Hüseynovanın durumu daha ağır qiymətləndirilir.

***

saat 19.07

Bakı-Qazax magistralının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, "VAZ 2115" markalı minik avtomobili yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və Yevlax rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR