Avropa Liqasında II təsnifat mərhələsi başa çatıb

Avropa Liqasında II təsnifat mərhələsi başa çatıb
# 02 avqust 2019 01:35 (UTC +04:00)

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, cavab oyunlarının son günündə 41 qarşılaşma baş tutub.

Bu görüşlərdən beşi Çempionlar yolu, digərləri Əsas yolda keçirilib. Qalib gələn 41 komanda III təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan klublarından “Neftçi” Rusiya “Arsenal”ını qəbul edib. “Qəbələ” isə Gürcüstanda “Dinamo” (Tbilisi) ilə görüşüb. Hər iki matçda eyni nəticə qeydə alınıb. Meydan sahibləri üç cavabsız qolla qələbə qazanıblar.

Qeyd edək ki, cavab oyunlarının ilk günündə daha 5 matç baş tutmuşdu.

Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
Çempionlar yolu
1 avqust
Əsas yol

18:00. "Ordabasi" (Qazaxıstan) – “Mlada Boleslav” (Çexiya) – 2:3
İlk oyun - 1:1
18:30. “Kayrat” (Qazaxıstan) – “Hapoel Bier-Şeva” (İsrail) – 1:1
İlk oyun - 0:2
19:00. “Vitorul” (Rumıniya) – “Gent” (Belçika) – 2:1
İlk oyun - 3:6
20:00. “Zarya” (Ukrayna) – "Buduçnost" (Monteneqro) – 1:0
İlk oyun - 3:1
20:00. “Kuopio” (Finlandiya) – “Legiya” (Polşa) – 0:0
İlk oyun - 0:1
20:15. "Universitatya” (Krayova, Rumıniya) – "Honved" (Macarıstan) – 0:0, pen.3:1
İlk oyun - 0:0
20:30. “Haken” (İsveç) – “Alkmaar” (Hollandiya) – 0:3
İlk oyun – 0:0
20:30. “Debretsen” (Macarıstan) – “Torino” (İtaliya) – 1:4
İlk oyun – 0:3
20:30. "Levski" (Bolqarıstan) – AEK (Kipr) – 0:4
İlk oyun - 0:3
21:00. AEL (Limasol, Kipr) – “Aris” (Yunanıstan) – 0:1
İlk oyun - 0:0
21:00. “Apollon” (Kipr) – “Şemrok Rovers” (İrlandiya) – 3:1, əlavə vaxtda
İlk oyun – 1:2
21:00. "Makkabi" (Hayfa, İsrail) – “Strasburq” (Fransa) – 2:1
İlk oyun - 1:3
21:00. “Klaksvik” (Farer adaları) – “Lütsern” (İsveçrə) - 0:1
İlk oyun - 0:1
21:00. “Malmö” (İsveç) – "Domjale" (Sloveniya) – 3:2
İlk oyun - 2:2
21:00. "Dinamo" (Gürcüstan) – “Qəbələ” (Azərbaycan) – 3:0
İlk oyun - 2:0
21:00. “Vaduts” (Lixtenşteyn) – “Vidi” (Macarıstan) – 2:0, əlavə vaxtda
İlk oyun - 0:1
21:00. “Yablonets” (Çexiya) – “Pünik” (Ermənistan) – 0:0
İlk oyun - 1:2
21:00. "Zrinski" (Bosniya və Herseqovina) – “Utrext” (Hollandiya) – 2:1, əlavə vaxtda
İlk oyun - 1:1
21:00. “Atromitos” (Yunanıstan) – “Dunayska Ştreda” (Slovakiya) – 3:2
İlk oyun - 1:2
21:00. “Neftçi” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya) – 3:0
İlk oyun - 1:0
21:00. “Liepaya” (Latviya) – “Norçepinq” (İsveç) – 0:1
İlk oyun – 0:2
21:30. “Progres” (Lüksemburq) – “Reyncers” (Şotlandiya) – 0:0
İlk oyun - 0:2
21:30. "Brondbü" (Danimarka) – “Lexiya” (Qdansk, Polşa) – 4:1, əlavə vaxtda
İlk oyun - 1:2
21:45. “Esbyerq” (Danimarka) – “Şaxtyor” (Belarus) – 0:0
İlk oyun - 0:2
22:00. “Qzira” (Malta) – “Ventspils” (Latviya) – 2:2
İlk oyun - 0:4
22:00. "Olimpiya" (Sloveniya) – “Yeni Malatyaspor” (Türkiyə) – 0:1
İlk oyun - 2:2
22:30. "Styaua" (Rumıniya) – "Alaşkert" (Ermənistan) – 2:3
İlk oyun - 3:0
22:30. “Ayntraxt” (Almaniya) – “Flora” (Estoniya) – 2:1
İlk oyun - 2:1
22:30. “Ştrum” (Qraz, Avstriya) – “Hoqesun” (Norveç) – 2:1
İlk oyun - 0:2
22:30. “Spartak” (Slovakiya) – “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – 3:1
İlk oyun - 0:2
22:45. "Aberdin" (Şotlandiya) – “Çixura” (Gürcüstan) – 5:0
İlk oyun - 1:1
22:45. “Osiyek” (Xorvatiya) – MOİK (Bolqarıstan) – 1:0, pen.3:4
İlk oyun - 0:1
23:00. “Partizan” (Serbiya) – “Konnak” (Uels) – 3:0
İlk oyun - 1:0
23:00. “Vitoriya” (Portuqaliya) – "Jeness" (Lüksemburq) – 4:0
İlk oyun - 1:0
23:00. “Kruzaders” (Şimali İrlandiya) – “Vulverhempton” (İngiltərə) – 1:4
İlk oyun - 0:2
23:15. “Styarnan” (İslandiya) – “Espanyol” (İspaniya) – 1:3
İlk oyun - 0:4

Çempionlar yolu
18:00. "Astana" (Qazaxıstan) – “Santa Koloma” (Andorra) – 4:1
İlk oyun - 0:0
20:30. "Riqa" (Latviya) – "Pyast" (Polşa) – 2:1
İlk oyun - 3:2
21:00. "Şerif" (Moldova) – "Partizani" (Albaniya) – 1:1
İlk oyun - 1:0
21:30. "Lüdoqorets" (Bolqarıstan) – "Valyur" (İslandiya) – 4:0
İlk oyun - 1:1
22:45. "Linfild" (Şimali İrlandiya) – "HB Torshavn" (Farer adaları) – 1:0
İlk oyun - 2:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR