“Hazırda şimal yarımkürəsində yay ayları yaxınlaşır, havalar qızır. Buna baxmayaraq, Azərbaycanda koronavirusa yoluxma artır”
APA-nın məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
H. Harmancı deyib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb: “Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümün virus üzərində təsiri olmadığını düşünürük. Ona görə qaydalara əməl etməliyik".