“İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil”.
APA-nın məlumatına görə, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O deyib ki, tək və böyük dalğa daha təhlükəlidir: “Hazırda tək böyük dalğadan qorunmuş sayılırıq. Yumşalmadan sonra virusa yoluxanların sayının artması ilə dalğa olub-olmadığını ancaq geriyə baxaraq görmək olar. İndiyə qədər artım var, ona görə əhalinin fərdi olaraq görməli olduqları işlər davam etməlidir. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir”.