“Suriya və İraqın şimalında terrorla mübarizəmiz davam edir. Yanvarın 1-dən bu günə kimi 1411 terrorçu zərərsizləşdirilib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən işlərdən də danışıb.
H. Akar qeyd edib ki, başqa ordularla müqayisədə Türkiyə Silahlı Qüvvələrində koronavirusa yoluxma halları azdır.
“Bu, həqiqətən böyük uğurdur”, - deyə o vurğulayıb.