“Təxminən 100 il əvvəl Abşeronda 1 faiz yaşıllaşma yox idi, nadir ağac və kollar vardı”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, 70-ci illərdən Abşeron və böyük şəhərlərin intensiv yaşıllaşdırılmasına başlanıb.
“Son illərdə böyük parklar salınır. Aeroport yolunda böyük - 200 hektara yaxın ərazi təmizlənib və yaşıllıq salınıb. Digər yerlərdə də, xüsusilə Abşeronda yaşıllıq salınması davam edir. Vətəndaşların da bu işdə iştirakı olmalıdır”.