Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən “Nork” qocalar evinin 40-dan çox sakinində yeni növ koronavirus (COVID-19) aşkarlanıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, bu gündən etibarən koronavirusa yoluxanların müalicə məqsədi ilə xəstəxanalara yerləşdirilməsinə başlanılıb.
Xatırladaq ki, Ermənistanda indiyədək 4283 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb. Xəstəlikdən sağalanların sayı 1791 nəfərdir.
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti isə iyunun 13-dək uzadılıb.