Fransada yeni növ koronavirusdan ölənlərin sayı 22 245-ə çatıb. Belə ki, son 24 saat 389 nəfər virusdan ölüb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.
“Xəstəxanalarda və tibbi-ictimai müəssisələrdə epidemiyanın başlanğıcından bəri 22 245 nəfər ölüb”, - Salomon belə deyib.
Onun sözlərinə görə, 8,3 min ölüm faktı tibbi-ictimai müəssisələrdə, daha 13,8 min nəfər isə xəstəxanalarda qeydə alınıb.
Ölkədə son sutkada 1645 nəfər virusa yoluxub, yoluxanların ümumi sayı isə 159 828 nəfərə çatıb.