ABŞ "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyalara hazırlaşır
# 26 may 2020 22:55 (UTC +04:00)

“Şimal axını-2” layihəsinə qarşı yeni sanksiyalar Vaşinqtonda seçkiqabağı mübarizəyə baxmayaraq, ABŞ Konqresi tərəfindən tez bir zamanda qəbul olunacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Almaniyada öz diplomatik fəaliyyətini başa vurmağa hazırlaşan səfiri Riçard Qrenell deyib.

“Yeni sanksiyalar Respublikaçılar və Demokratlar partiyalarının hər ikisinin dəstəyindən yararlanır. Seçkiqabağı mübarizəyə baxmayaraq, qanunverici mərhələ tez başa çatacaq”, - deyə Qrenell Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində qeyd edib.

Yeni sanksiyaların məqsədi boru kəmərinin istismara verilməsinin qarşısını almaq olacaq. Səfir bunun praktikada necə tətbiq olunacağını açıqlamayıb, lakin ehtimallardan biri boru kəmərinə texniki xidmət göstərən şirkətlər üçün cərimə ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR