Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 26-dək uzadılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə deyib. O bildirib ki, müvafiq qərar Gürcüstan Qurumlararası Koordinasiya Agentliyi tərəfindən qəbul edilib.
Qeyd edək ki, ölkə ərazisində avtomobillərin hərəkətinə gətirilən məhdudiyyətin vaxtı bu gün başa çatırdı. Məhdudiyyət yük daşımalarına şamil edilməyib.