Astarada 18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb

Astarada 18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb
# 27 oktyabr 2016 19:45 (UTC +04:00)

Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR