Bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə intensiv yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA
# 14 oktyabr 2022 15:25 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı isə aşağıdakı kimidir:

Zaqatalada 21.0 mm, Qaxda 20.0 mm, Lənkəranda 18 mm, Astarada 14.0 mm, Lerikdə 13.0 mm, Balakəndə 12.0 mm, əksər rayonlarda 9.0 mm-dək , Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 15.0 mm (aylıq normanın 56 %-i), Maştağa, Binədə 6.0 mm, Pirallahıda 5.0 mm, Bakıda 4.0 mm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR