Əhali xüsusi proqram təminatı üzərindən hava xəbərdarlığı ilə təmin olunacaq

Əhali xüsusi proqram təminatı üzərindən hava xəbərdarlığı ilə təmin olunacaq
# 20 oktyabr 2023 17:05 (UTC +04:00)

Hava şəraiti ilə əlaqədar xəbərdarlıqların verilməsi məqsədilə dövlət investisiyası çərçivəsində xüsusi tətbiqlər üzərində iş aparılır.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, 2024-cü ilin ortalarına kimi əhali xüsusi proqram təminatı üzərindən xəbərdarlıqla təmin olunacaq:

"40-dan artıq iri çayda avtomatik müşahidə sistemi mövcuddur. Bəzi çaylarda 24 saat fəaliyyət göstərən müşahidə kameraları da var. Buradan alınan məlumatlar Situasiya Mərkəzinə daxil olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR