Qərb bölgəsinə qar yağır

Qərb bölgəsinə qar yağır
# 23 yanvar 2024 09:21 (UTC +04:00)

Bu gün səhər saatlarından qərb bölgəsinin bir neçə rayonuna qar yağmağa başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, qar Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Qazax rayonlarına yağır.

Hazırda sözü gedən rayonların ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir. Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb. Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR