Latviyanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

Latviyanın yeni səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
# 26 avqust 2015 14:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfoiva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsu qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Y. Maklakovs etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib. Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR