Təhsil Nazirliyi: Yeni tədris ilindən bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq

Təhsil Nazirliyi: Yeni tədris ilindən bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq
# 28 iyul 2016 12:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2016/2017-ci tədris ilindən bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq. Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı test imtahanında iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər) az olduğu üçün bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq. Bu ixtisaslara məktəbəqədər təlim və tərbiyə, fizika, psixologiya, tarix, ekologiya mühəndisliyi, elektrik mühəndisliyi və biotibbi texnologiya mühəndisliyi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR