İcma: Colinin Azərbaycanı sanksiya ilə hədələməsi istehza və ikrah doğurur

İcma: Colinin Azərbaycanı sanksiya ilə hədələməsi istehza və ikrah doğurur
# 26 oktyabr 2023 15:49 (UTC +04:00)

Kanadanın xarici işlər naziri Melani Colinin son vaxtlar Azərbaycanı hədəf alan məsuliyyətsiz və cəfəng fikirləri artıq ənənə halını alıb. Son olaraq, kanadalı nazir Ermənistanda Azərbaycanı ittiham edən açıqlamalar verib.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanı Qarabağdan olan ermənilərin qayıtmasına imkan verməyə çağıran kanadalı nazirin eyni müraciəti azərbaycanlılara münasibətdə Ermənistan hökumətinə ünvanlamaması, 30 il ərzində bir dəfə belə olsun Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymaya çağırmayan bir ölkənin indi Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə səsləməsi M. Colinin açıq-aşkar səlibçi mentalitetindən qaynaqlanır.

Kanadalı nazirin Azərbaycanla sərhəddə döyüş mövqeyinə gəlməsi isə açıq-aşkar təxribatdır və həm M.Colinin diletantlığını, həm də Azərbaycana qarşı qərəzini göstərir. Okeanın o biri tərəfində yerləşən Kanadanın nümayəndəsinin sərhəddə döyüş mövqeyinə baş çəkməsi, binoklla Azərbaycanı müşahidə etməsi tamamilə qəbuledilməzdir. Bu, faktiki olaraq Kanadanın Azərbaycanı düşmən kimi görməsinə dəlalət edir.

Kanadalı nazirin Azərbaycanı sanksiya ilə hədələməsi isə istehza və ikrah doğurur. Kanada yerini bilməli, əsassız və isterik açıqlamalarla özünü gülüş obyektinə çevirməməlidir. M.Coli, deyəsən, özünü vaxtilə Azərbaycanla əmr formasında danışmağa çalışan Yuri Kimə oxşatmaq istəyir.

Tarixi, yerli xalqlara qarşı utancverici səhifələrlə dolu olan, polisinin, təhlükəsizlik və sərhəd xidmətinin fərdlər üzərində etnik və dini əsasda nəzarət mexanizmi qurduğu (“racial profiling” təcrübəsi) bir ölkənin, riyakarların, “yeni səlib yürüşü”nə çıxanların Azərbaycana “mühazirə” oxumasını qətiyyətlə rədd edirik.

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR