Hava dəyişkən buludlu, yağmursuz olacaq

Hava dəyişkən buludlu, yağmursuz olacaq
# 19 aprel 2017 10:29 (UTC +04:00)

Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

 

Mülayim şimal küləyi əsəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 9-11° isti, gündüz  20-22° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  755 mm civə sütunundan 762 mm civə sütununa  yüksələcək. 

 

Nisbi rütubət   gecə 75-85 %, gündüz   45-50 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR